• 24 Noyabr 2024 17:53

ABŞ və Britaniya səfirləri Hüseyn Cavidin abidəsinin önündə Navalnını yad etdilər – Foto

 

 

ABŞ və Britaniyanın Azərbaycandakı səfirləri həbsdə dünyasını dəyişmiş rus müxalifət lideri Aleksey Navalnının xatirəsini yad ediblər.

 

Onlar bunu represiya qurbanı olmuş dahi Azərbaycan şairi Hüseyn Cavidin abidəsinin önünə gül dəstələri qoymaqla ediblər.

 

“Aleksey Navalnının həyat yoldaşı və ailəsinə dərin hüznlə başsağlığı verirəm. Hər yerdə azadlıqsevər insanlar onun şücaətini heç vaxt unutmayacaqlar”, – deyə ABŞ səfiri Mark Libbi bildirib.

 

Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old isə fikirlərini belə ifadə edib:

 

“Bu gün ABŞ səfiri Mark Libbi ilə yanaşı, həyatı boyu Rusiya demokratiyasının daha yaxşı gələcəyini müdafiə etmək üçün inanılmaz cəsarət göstərmiş Aleksey Navalnının xatirəsini ehtiramla yad etmək məqsədilə Hüseyn Cavidin abidəsi önünə gül dəstələri qoydum”.

 

Qeyd edək ki, Rusiya Federal Penitensiar Xidmətinin məlumatına görə, Aleksey Navalnı fevralın 16-da günortadan sonra gəzintidən sonra dünyasını dəyişib. Qohumları və vəkilləri hələ də onun meyitini görməyiblər.

 

İstintaq Komitəsi bildirib ki, Navalnının ölümünün istintaqı uzadılıb. Nə qədər vaxt aparacağı məlum deyil. Ölümün səbəbi hələ müəyyən edilməyib.

 

Rusiyada Navalnının xatirəsinə mitinqlərdə yüzlərlər insan saxlanılıb. (Yeniavaz)

 

Tacxeber.com

Oxşar xəbərlər