• 24 Noyabr 2024 05:17

Kamil Zeynallı Ermənistanın sifariş ilə Moskvada saxlanıldı – Video

 

 

Tanınmış idmançı Kamil Zeynallı Rusiyada saxlanılıb.

 

Bu haqda Kamil öz İnstaqram hesabında məlumat yayıb.

 

O, videomüraciətində bildirib ki, ölkəyə qayıdarkən, Moskva aeroportunda saxlanılıb.

 

Kamil Zeynallı Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini və onların tələbi ilə saxlanıldığını vurğulayıb:

 

“May ayından məni axtarışa veriblər. Lakin o vaxtdan 3 dəfə Rusiyaya gəlib-getmişəm. Yalnız indi saxladılar”.

 

İdmançı qeyd edib ki, sabah məhkəməyə çıxarılacaq. Ona polis bölməsində bildiriblər ki, ya özləri onu Ermənistana təhvil verəcək, ya da Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları onu gəlib aparacaq.

 

O, Azərbaycan dövlətindən yardım istəyib.

 

Tacxeber.com

Oxşar xəbərlər