• 24 Noyabr 2024 20:07

Tahir Kərimli Kamil Zeynallının saxlanılmasından danışdı: “Rusiya qanunlara əməl edəndirsə, 20 Yanvardan üzü bəri axtarışda olan caniləri niyə gizlədir?”

“Kamil Zeynallının Azərbaycanda nüfuzu var. Ermənistanın beynəlxalq axtarışa verməsi nəticəsində K.Zeynallının Rusiyada saxlanılması barədə xəbərləri eşitdim. Aidiyyəti orqanlar bu işə müdaxilə etməlidirlər. Çünki Kamil Zeynallı kifayət qədər tanınmış adamdır. Onun Ermənistana aparılması böyük beynəlxalq skandala çevrilə bilər”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.

 

“Rusiya qanunlara əməl edəndirsə, 20 Yanvardan üzü bəri Qarbaçovdan tutmuş dəfələrlə axtarışda olan bütün caniləri niyə gizlədir? Bu gün Xocalı cinayəti ilə bağlı Rusiyada axtarışda olan xeyli cinayətkar var. Nə üçün heç biri indiyə qədər Azərbaycana təhvil verməyib? Rusiya hökumətindən tələb etmək lazımdır ki, adekvat davransın.

 

Bu, Azərbaycan-Rusiya dostluğuna, dövlətlərarası münasibətlərə xələl gətirə bilər. Öz növbəmdə Rusiyanın dövlət orqanlarından, Xarici İşlər Nazirliyindən tələb edirəm ki, bu işə ciddi yanaşsınlar və Kamil Zeynallı sərbəst buraxılsın.

 

Fəal vətəndaşımızdır. Bu, Azərbaycana təhqirdir. Bu nə deməkdir? Biz düşmən dövlət olmuşuq. Onda Ermənistandan Rusiyaya kim gedirsə, hamısını biz təhvil alaq, bizdən kim gedibsə, Ermənistan təhvil alsın?  Rusiya vətəndaşımızı tutur. Bu nə biabırçılıqdır?  Məsələ ilə ciddi məşğul olmaq lazımdır”, – deputat bildirib.

Tacxeber.com

Oxşar xəbərlər