• 25 Noyabr 2024 03:49

Ramil Usubovun general qaynı işdən çıxarıldı – FOTO 

Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi polis general-mayoru Nüsrət Şirinov vəzifədən azad edilib. 

 

Tacxeber.com xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

 

Əmrə əsasən, Nüsrət Şirinov xidmətkeçmənin son yaş həddi ilə əlaqdar təqaüdə göndərilib.

 

Qeyd edək ki, N.Şirinov sabiq nazir Ramil Usubovun qaynıdır. O, 2011-2016-cı illərdə Daxili İşlər Nazirliyi Katibliyinin rəisi olub. 2016-cı ildən isə Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsini tuturdu. (“Qafqazinfo”)

Tacxeber.com

Oxşar xəbərlər