Ukraynada hazırlıq başladı – “Tezliklə…”
Ukraynanın F-16 qırıcılarını nə vaxt alacağını heç kim bilmir, amma bunun ən qısa zamanda baş verməsi gözlənilir.
Bunu Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat deyib.
O vurğulayıb ki, Ukrayna təcili şəkildə F-16-lara keçir.
“Pilotlar hazırlanır, infrastruktur uyğunlaşdırılır, bəzi müvəqqəti sığınacaqlar tikilir, uçuş-enmə zolaqları yaxşılaşdırılır. Müharibə şəraitində NATO ölkələrinin tələblərinə uyğun olaraq F-16-lar üçün əsaslı infrastruktur qura bilmərik, amma təyyarələr hələ də əlimizdə olanlardan havaya qalxa bilərlər. İndi heç kim Ukraynanın nə vaxt F-16-lara sahib olacağını dəqiq bilmir. Bunları ən qısa zamanda gözləyirik”, – İqnat bildirib.
Eyni zamanda, o, Ukraynaya birdən-birə 40, 70 və ya 120 təyyarə, eləcə də bunların ən son modifikasiyaların verilməyəcəyini söyləyib. Pilotların hazırlanması və onların sayının artırılması prosesi mərhələli şəkildə davam edəcək. (Teleqraf)