“Düşündüm ki, Ramazan ayı yaxınlaşır, martda üzümdə plastik əməliyyat etdirəcəyəm”
Əməkdar artist Mətanət İsgəndərli üzündə plastik əməliyyat etdirəcək. Axşam.az xəbər verir ki, müğənni bu haqda “Xəzər axşamı” proqramında deyib. O bildirib ki, gələn ay bıçaq altına yatmağa hazırlaşsa da, işləri buna mane olub:
“Düşündüm ki, Ramazan ayı yaxınlaşır. Martda üzümdə plastik əməliyyat etdirəcəyəm. Amma sonra xaricdə konsert məsələsi çıxdı, plan təxirə düşdü. İndi qərar vermişəm, yayda Məhərrəmlik ayında üzümdə plastik əməliyyat etdirəcəyəm”.