• 25 Noyabr 2024 00:46

“Müstəntiqlər oğlumun gizli şəkildə dəfn olunmasını tələb edirlər” – Navalnının anası

Aleksey Navalnının anası Lyudmilaya mərhum oğlunun cəsədi göstərilib.


Tacxeber.com
xəbər verir ki, o, bu barədə videomüraciətində danışıb.
Lyudmila Navalnaya həmçinin bildirib ki, istintaq siyasətçinin gizli şəkildə dəfn edilməsini tələb edir:

“Mən indicə Salexard şəhərinin İstintaq Komitəsinin binasından çFıxdım. Demək olar ki, bir sutkanı orada müstəntiqlər və kriminoloqlarla tək keçirdim. Vəkili ancaq günorta buraxdılar.

Dünən axşam məni gizlicə meyitxanaya apardılar, orada Alekseyi göstərdilər. Müstəntiqlər iddia edirlər ki, ölümün səbəbini bilirlər… Əllərində hazır gördüyüm bütün tibbi-hüquqi sənədlər var, tibbi ölüm şəhadətnaməsinə də imza atmışam.

Qanuna görə, Alekseyin cəsədini dərhal mənə verməli idilər, amma indiyə qədər bunu etməyiblər. Əvəzində məni şantaj edirlər, mənim üçün şərtlər qoyurlar – Alekseyi harada, nə vaxt və necə dəfn etmək lazımdır”.

Rusiya müxalifətinin liderinin anası bildirib ki, bu qanunsuzdur:
“Mənim hüzurumda ya Kremldən, ya da İstintaq Komitəsinin mərkəzi aparatından əmr alırlar. Dəfnin gizli, vidalaşmadan həyata keçirilməsini istəyirlər. Məni qəbiristanlığın kənarına, qəbrə aparıb: “Oğlunuz buradadır” demək istəyirlər. Mən bununla razı deyiləm. İstəyirəm ki, sizin də onunla vidalaşmaq fürsətiniz olsun.

Məni hədələməyə başladığı üçün bu videonu çəkirəm: gözlərimin içinə baxaraq deyirlər ki, gizli dəfn mərasiminə razı olmasam, oğlumun cəsədi ilə nəsə edəcəklər. Müstəntiq Voropayev mənə açıq şəkildə deyib ki zaman mənim tərəfim də deyil, meyit çürüyür. Mən xüsusi şərtlər istəmirəm, sadəcə hər şeyin qanuna uyğun olmasını istəyirəm. Oğlumun meyitinin dərhal mənə qaytarılmasını tələb edirəm”.

Tacxeber.com

Oxşar xəbərlər