• 22 Noyabr 2024 07:33

“Qarabağ”ın potensial rəqibləri – Bakıya hansı nəhəng gələcək?

 

 

Fevralın 23-də Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

 

“Qarabağ” da püşkatmada təmsil olunacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

 

Bu mərhələdə pley-off-un qalibləri Avropa Liqasında qrupu birinci yerdə başa vurmuş 8 komandadan biri ilə qarşılaşacaq. “Qarabağ”ın potensial rəqibləri sırasında onunla eyni qrupda yarışmış “Bayer” də (Almaniya) var.

 

Ümumilikdə Ağdam klubunun 8 potensial rəqibi var:

 

“Atalanta” (İtaliya)

“Bayer” (Almaniya)

“Brayton” (İngiltərə)

“Vest Hem” (İngiltərə)

“Vilyareal” (İspaniya)

“Liverpul” (İngiltərə)

“Reyncers” (Şotlandiya)

“Slaviya” (Çexiya)

 

Qeyd edək ki, Avroliqada 1/8 finalın ilk oyunları 7 mart, cavab görüşləri isə 14 mart tarixində keçiriləcək.  (Publika)

 

Tacxeber.com

Oxşar xəbərlər