• 22 Sentyabr 2024 18:39

Rusiya əhalini çevriliş etməyə çağırıb – Paşinyandan ittiham

Rusiya birbaşa olaraq əhalini Ermənistanda dövlət çevrilişi etməyə çağırıb və Moskvanın təbliğatı səngiməyib.

 

Tacxeber.com “France 24”ə istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

 

O bildirib: “Biz xüsusilə rusiyalı fərari Dmitri Setrakovu Ermənistanda Rusiya hərbçilərinin oğurlanmasından narahatıq”.

 

Baş nazir qeyd edib ki, Ermənistan ərazisində bu cür qanunsuz hərəkətlər yolverilməzdir. İrəvanın tələbləri yerinə yetirilməsə, bunun nəticələri olacaq.

Tacxeber.com

Oxşar xəbərlər