• 23 Noyabr 2024 04:13

Fikrət Məmmədov and içdi

Fikrət Fərrux oğlu Məmmədov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi andını içib. 

 

Tacxeber.com xəbər verir ki, o, andını Milli Məclisin tribunasından səsləndirib.

 

“İlk olaraq bu ali vəzifəyə təyin olunmağımla bağlı prezidentə təşəkkürümü bildirirəm. Bu gün özünün ən qüdrətli dövrünü yaşayan Azərbaycanın bütün ərazilərində Konstitusiyamızın hüquqi qüvvəsi bərpa olunub. Hazırda ərazilərimiz Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə sürətlə bərpa olunur, soydaşlarımızın öz doğma torpaqlarına qayıdışı sevincini yaşayırıq”, – Fikrət Məmmədov deyib.

 

Qeyd edək ki, sabiq ədliyyə naziri Fikrət Məmmədov bir müddət əvvəl vəzifəsindən azad edilib.

Tacxeber.com

Oxşar xəbərlər