• 24 Noyabr 2024 12:02

Pensiyaçı zibil qutuları hesabına pul yığıb 10 EV ALDI

Almaniyada zibil yığan yaşlı kişi 700 min avro (təxminən 1 milyon 290 min manat) toplaya bilib və 10 ev alıb.

 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Darmstadtda yaşayan 80 yaşlı Heinz B. kasıb qoca təsiri bağışlayır. O, zibil qutularını araşdırır və evində zibil yığır. 3600 avro (təxminən 6 min 640 manat) təqaüd alan bu tənha qoca keçmiş elektrik mühəndisidir. Sözün əsl mənasında hər şeyə qənaət etməyə çalışır – yeməkdən, geyimdən tutmuş istirahətə qədər.

 

Soyuq aylarda o, zibilxanada tapılan ağac qırıntılarından istifadə edərək evini qızdırır. Onun cib telefonu yoxdur. Əsas xərcləri biznesini idarə etmək və “YouTube”da biznes mühazirələrinə baxmaq üçün lazım olan noutbuk və internet bağlantısıdır.

 

“Mən qənaətlə yaşayıram, belə böyümüşəm! Yeməyə ayda 5 avro (10 manat) belə xərcləmirəm. Ola bilsin ki, zeytun yağı və ya başqa bir şey alım. Amma yeməklərimin çoxu zibil qutusundadır. İnsanlar israfçıdırlar və bütün ailəni doyuracaq qədər zibil qabında yeməklər var! Məsələn, bir qutu kolbasa alır, birini yeyir, qalanını isə sadəcə atırlar”.

 

Jurnalistlər onu “Almaniyanın ən qeyri-adi milyonçusu” kimi xarakterizə ediblər. Onun biznes strategiyası yaşayış binalarını almaq və sonra icarəyə verməkdir. Pensiyaçı əmindir ki, bu, əmanətləri inflyasiyadan qorumaq üçün ən yaxşı variantdır. O, bu yaxınlarda 700 min avroya qənaət edərək onuncu evini ala bilib.

 

Onun bütün mülkləri bir-birinə yaxın yerləşib ki, bu da Haynza velosipedlə onların ətrafında gəzməyə imkan verir. Mənzillərdə təmir işlərini özü həyata keçirir. Rəf almağa pul xərcləmək istəmədiyi üçün səliqəli hesablamalar olan mühasibat qeydlərini evinin döşəməsinə səpələyib.
Pensiyaçı zibil qutuları hesabına pul yığıb 10 EV ALDIPensiyaçı zibil qutuları hesabına pul yığıb 10 EV ALDIPensiyaçı zibil qutuları hesabına pul yığıb 10 EV ALDI

Tacxeber.com

Oxşar xəbərlər