Orxan Məmmədov namizəd olacaq?
Yaxın günlәrdә AFFA İcraiyyә Komitәsinin növbәti iclası olacaq. Hәmin iclasda qurumun Hesabat-Seçki Konfransına hazırlığı vә AFFA prezidentliyinә seçki tarixinin açıqlanacağı gözlәnir.
Qaydalara görә, seçki ilin ilk rübündә baş tutmalıdır. Güman ki, martın ikinci yarısında yeni AFFA prezidentinin kimliyinә aydınlıq gәlәcәk.
Mütәxәssislәrin fikrinә görә budәfәki seçki prosesi әvvәlkilәrdәn öz süstlüyü ilә fәrqlәnir.
Maraqlıdır ki, bu sakitliyin/sükunәtin sәbәbi dәqiq bilinmir.
Sakitliyә rәğmәn, “FutbolPress”in әldә etdiyi mәlumata görә, AFFA prezidentliyinә namizәdlәrdәn biri “Zirә”nin İdarә Heyәtinin sәdri Orxan Mәmmәdov olacaq.
Mәmmәdovun ölkә futbolunun idarәçiliyinә gәlmәsiylә eyni zamanda әn çox arzulanan mәsәlә – Qurban Qurbanovun milli komandaya baş mәşqçi gәlmәsini dә şәrtlәndirә bilәr.
Mәmmәdov futbol industriyasında hәmçinin Minifutbol Federasiyasının prezidenti kimi tәmsil olunur. Eyni zamanda, ölkәdә әn böyük futbol meydançaları şәbәkәsi – “Azfar” da bu kurasiyadadır.
KOBİA (Kiçik vә Orta Biznesin İnkişafı Agentliyi) kimi diqqәtçәkәn neo-hökumәt qurumunun da rәhbәri olan Mәmmәdovun ölkә futbolunda köklü dәyişikliklәr planının olduğu barәdә kuluarlarda müzakirәlәr aparılır.
Hәr halda, maksimum mәxfiliyin müşahidә edildiyi cari seçki prosesindә AFFA prezidentliyinә başqa namizәdlәrin olub-olmayacağına da bu ayın sonunadәk aydınlıq gәlәcәk.