• 24 Noyabr 2024 16:52

“2024-cü il Ukrayna üçün ağır olacaq”

“2024-cü il Ukrayna üçün ağır olacaq”.

 

Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Ekspert qeyd edib ki, buna səbə ABŞ və Avropanın Ukraynanı lazımi qədər silah-sursatla təmin etməməsidir:

 

“Amerika Ukraynaya silah vermək istəmir. Avropa isə maddi məhrumiyyətlərə dözmək istəmir. Ukraynaya lazım olduğu qədər silah vermir. Buna görə də gərək Ukrayna özü qəti tədbirlər görsün. Öz hərbi sənayesini dirçəltsin. Silah-sursat istehsalını genişləndirsin. Vaxtiylə SSRİ-nin ən böyük silah-sursat cəbhəxanası Ukraynada idi. Ukraynada hər şey – tank da, top da, raket də istehsal edilirdi. Bu gün həmin istehsalı yenidən bərpa etmək və genişləndirmək həyati əhəmiyyət kəsb edir. Bu, Ukraynanın uğurunu müəyyənləşdirən başlıca  faktor olacaq”.

Tacxeber.com

Oxşar xəbərlər