İsti su bu xəstəliklərə dərman imiş…
Çinlilərin ən sevimli içkisi isti sudur. Yay-qış termosda isti su daşıyan çinlilər sağlamlıq məsələsinə çox həssas yanaşırlar.
Tacxeber.com publika.az-a istinadən isti suyun faydaları barədə kiçik araşdırmanı təqdim edir.
İsti su içmək faydalıdır. Çinlilərin fikrincə, yeməkdən əvvəl isti su içmək həzmi asanlaşdırır. Elmi sübut olmasa da, yeməkdən əvvəl isti su içmək sağlamlıq üçün faydalı olduğuna inanılır. İsti su boğazdakı ağrıları sakitləşir, bundan başqa, burun tıxanıqlığını aradan qaldırır.
Həmçinin qarın əzələlərinə sakitləşdirici təsir göstərir, müxtəlif sancıların və spazmların qarşısını alır, xüsusən də ağrıları azaldır. Bundan başqa, isti su saç köklərindəki sinir uclarına enerji verir, nəticədə saçlar yumşaq və parlaq olur.