• 24 Noyabr 2024 05:27

Ukrayna kəşfiyyatının rəhbəri Budanov Navalnının ölümünün əsl səbəbini açıqladı.

 

 

Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov Navalnının “həqiqətən də qan laxtasından öldüyünü” deyib.

 

 Ukraynanın Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov Kiyevdə keçirilən “Ukrayna-2024” forumunda müxalif siyasətçinin ölümü ilə bağlı jurnalistlərə açıqlama verib.

 

Jurnalistin “Navalnı necə öldürüldü?” sualına Budanov “Sizi məyus edə bilərəm, amma bildiyimiz odur ki, o, həqiqətən də qan laxtasından ölüb”.

 

Bundan əvvəl RT siyasətçinin qan laxtalanması səbəbindən öldüyü barədə məlumat vermişdi. Navalnının tərəfdaşları qətli öz sosial şəbəkələrində elan ediblər. Navalnının anası cəsədi dünən qəbul edib; o, əvvəllər ölüm şəhadətnaməsində “təbii səbəblər”in göstərildiyini bildirib.

 

Tacxeber.com

Oxşar xəbərlər