• 24 Noyabr 2024 10:11

Daşınmaz əmlak bazarında çox ciddi qiymət ajiotajı var. Qiymətlər durmadan artır

 

 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc:

 

– Mərkəzdən kənar elə yerlər var ki, orda mənzillərin bir kvadrat metri mərkəzdəki qiymətlərlə təklif edilir. Xüsusilə də “Əhmədli”, “Xalqalar Dostluğu”, “Həzi Aslanov”, “Nərimanov” metrostansiyalarına yaxın ərazilərdə bu hallara rast gəlinir

 

– Daşınmaz əmlak bazarında çox ciddi qiymət ajiotajı var. Həmin ajiotaja uyğun alqı-satqı faktları isə yoxdur. Yəni bazarda satışlar çox deyil. Bir tərəfdən isə qiymətlər getdikcə kəskin yüksəlir

 

– Bu ilin yanvar ayında Bakının daşınmaz əmlak bazarında qiymətlər 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə təqribən 10-11 %, dekabr ayı ilə müqayisədə isə 2-3 % artıb

 

– Əsasən, Bakıətrafı ərazilərdə yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kəskin bahalaşıb. Bölgələrdə də kənd təsərrüfatı təyinatlı və pay torpaqlarının qiymətlərində ciddi artım var. Bu, torpaq sahələrinin məhdudluğundan və vətəndaşlarımızın fərdi yaşayış evi tikmək üçün daha aktiv olmaqlarından irəli gəlir.

 

– Bakı və Bakıətrafı ərazilərdə fərdi yaşayış evləri təqribən 15-18 % bahalaşıb. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrində qiymət artımı 40-45 %, yaşayış təyinatlı torpaqlarda isə 20-25 % aralığındadır.

Mənbə: Çəpəki

Tacxeber.com

Oxşar xəbərlər