• 24 Noyabr 2024 15:33

Həyat yoldaşı tərk etdi! Kanalizasiya quyusunda 15 il yaşadı

Rusiyada həyat yoldaşı tərəfindən tərk edilmiş Aleksandr adlı kişi evsiz qaldıqdan sonra 15 il kanalizasiyada yaşayıb.

 

Tacxeber.com xarici mənbəyə istinadən xəbər verir ki, evsiz qaldıqdan sonra kanalizasiya quyusundan aşağı düşdüyünü deyən adamı rusiyalı bloger Anton Qletçerov görüb.

 

Kanalizasiyada məskunlaşan şəxs illərlə yerli əhalidən dilənərək sağ qaldığını bildirib.

 

Adamın hekayəsindən təsirlənən Qletçerov Aleksandrın ailəsi haqqında daha çox məlumat öyrənmək üçün araşdırmalara başlayıb.

 

Kişinin qohumçlarını tapan Qletçerov onlarla əlaqə saxlayıb. Qohumları Aleksandrın 15 il əvvəl öldüyünü zənn edib.

 

Gəlib onu alacaqlarına söz veriblər, amma gəlməyiblər, zənglərə cavab verməyiblər.

 

Qletçerov iindi ona evsizlər üçün sığınacaqda yer tapmağa çalışır. Yaşı açıqlanmayan kişi normal şəraitdə yaşamaq üçün işləməyə hazır olduğunu deyib.

Tacxeber.com

Oxşar xəbərlər