• 24 Noyabr 2024 08:10

167,6 milyard dollar nağd pulu olan milyarder yatırmağa yer tapmır

Amerikalı milyarder Uorren Baffetin şirkəti “Berkshire Hathaway” seyflərindəki nağd pul vəsaitlərinin rekord həddə çatdığını açıqlayıb.

 

Tacxeber.com valyuta.az-a istinadla xəbər verir ki, şirkət yeni cəlbedici yatırım və anlaşmalar tapmaqda çətinlik çəkdiyi üçün ötən ilin dördüncü rübündə nağd pul ehtiyatları 167,6 milyard dollar təşkil edib.

 

Bununla belə, “Berkshire Hathaway” dördüncü rübdə əvvəlki ilin eyni dövründəki 6,63 milyard dollarla müqayisədə 8,48 milyard dollarlıq əməliyyat mənfəəti qazanıb.

 

Şirkətin hesabatıyla yanaşı, 93 yaşlı Baffetin ənənəvi illik müracətində də yatırım üçün mənalı və cazibədar namizədlər olmadığı vurğulanıb: “Buna görə də şirkətin gözqamaşdıran performans nümayiş etdirəcəyi ehtimalı azdır”.

Tacxeber.com

Oxşar xəbərlər