Berbokun avtomobilini rus dronu izləyib – Şok
Almaniya xarici işlər naziri Annalena Berbokun Nikolayev şəhərinə səfərini vaxtından əvvəl yarımçıq dayandırmasına səbəb onun kortejini Rusiyaya məxsus pilotsuz uçuş aparatının izləməsi olub.
Bu barədə “Bild” qəzeti məlumat yayıb.
Məlumata görə, maşın karvanında “Bild”in əməkdaşı Nadya Asvad da olub və o, hadisə barədə yazıb:
“Rusiyanın kəşfiyyat pilotsuz təyyarəsi maşın karvanına yaxınlaşdı. Ukrayna nümayəndə heyətinin üzvlərinin smartfonuna həyəcan siqnalı gəldi və sürücülər drondan uzaqlaşmağa çalışırlar. Lakin o, maşın karvanının arxasınca uçaraq onları təqib etdi. Sonda sürücülər drondan yaxa qurtarmağı bacardılar”.
Qeyd edək ki, fevralın 24-də Almaniya xarici işlər naziri Annalena Berbok Ukraynanın Odessa şəhərinə səfəri zamanı həyəcan siqnalı səbəbindən 4 saat sığınacaqda qalmalı olub. (Axar)