Həddindən artıq D vitamini qəbul etmək zərərlidir
Sağlam həyat üçün böyük əhəmiyyət kəsb edən D vitamini mütləq həkim məsləhəti ilə qəbul olunmalıdır.
Mənbəyi günəş işığı olan D vitamini sağlam bədən üçün əvəzolunmaz bir ehtiyacdır. Əslində asanlıqla əldə edilən bir vitamin olsa da, onun çatışmazlığı halları daha çoxdur. Üstəlik, bu vəziyyət bütün dünyada belədir. Bəs, D vitamini çatışmazlığı nəyə səbəb olur? Xüsusən bu vitamin hansı saatlar arasında günəş işığından götürülə bilər? Başqa vitaminlər qəbul edərkən nələrə diqqət etmək lazımdır?
Mövzu ilə bağlı Türkiyənin Sağlamlıq Elmləri Universitetinin müəllimi, endokrinologiya və metabolik xəstəliklər mütəxəssisi Mazhar Müslüm Tunanın araşdırmasını təqdim edirik.
Tuna bildirir ki, günəş işığından faydalanmaq üçün ən yaxşı vaxt saat 11:00-15:00 arasıdır. Hər gün yarım saatdan 1 saata qədər günəş vannası qəbul etmək lazımdır. Üzün, əllərin və qolların birbaşa günəş işığına məruz qalması kifayətdir. D vitamininin ən böyük mənbəyi günəş olsa da, ondan maksimum yararlanmaq üçün bəzi detallara diqqət yetirmək lazımdır. Günəş şüalarının düşmə bucağı çox önəmlidir. Günəş şüaları səhər və ya axşam saatlarında olur. Günəş şüalarının uyğun olduğu saatlarda günəşə çıxmasaq, ondan faydalana bilmərik.