• 24 Noyabr 2024 09:49

AFFA-nın 16 illik işinin nəticəsi – millimiz Tacikistana da uduzur, Özbəkistana da

 

U-17 miılimiz Belarusun paytaxtı Minskdə beynəlxalq turnirdə iştirak edib. Qabağlarına kim çıxıbsa, hamısına uduzublar. Qrupda Rusiya, Belarus və Özbəkistana, sonuncu olmamaq üçün də Tacikistana məğlub olub axırıncı yeri rəsmiləşdiriblər. 

 

Yaxşı futbol oynaya bilməsələr də, yaxşı gəzib Minski görüb gəliblər. Hörmətli oxucular, siz də bunu zəhmət olmasa bir turist səfəri kimi qəbul edin. Çox da qınamayın bu zavallı uşaqları. Fərz edin ki, gəzməyə getmişdilər, dilxoşluq üçün də 3-4 futbol matçı keçirib, əylənib qayıdıblar.

 

Heç millinin baş məşqçisi İlham Yadullayevi də qınamaq lazım deyil. Adam neyləsin axı… Əlində olan futbolçularla bundan artığını edə bilmir də.

 

Bu uşaqlar gözlərini açandan bizim milli komandalarımızın məğlubiyyətlərinə şahidlik ediblər. Məğlub ruhda böyüyüb, bəsləniblər. Əvvəllər onlardan böyüklər uduzurdular gəlib-gedənə, indi də 17 yaşına çatıblar, məğlubiyyətləri sıralamaq bunlara düşür.

 

Bu milli komanda düz 16 il əvvəl AFFA-ya rəhbər seçilən Rövnəq Abdullayev və o boyda qurumu uzun illərdir barmağına dolayan Elxan Məmmədovun əl işidir. Hamı bilir ki, Rövnəq Abdullayevin işi pul buraxmaq olub, futbol işlərinə demək olar ki, qarışmayıb. Külli ixtiyar sabiq baş katibin əlində olub. Onun da intriqalara, bacarıqsız kadrlarını irəli çəkməyə, öz yaxınlarına şərait yaratmağa necə başı qarışıbsa, futbolu inkişaf etdirmək qalıb arxa planda.

 

Tacikistana, Özbəkistana uduzan bu millini Elxan Məmmədov “yetişdirib”. Elxan Məmmədovun AFFA-ya gəlişiylə bu uşaqların dünyaya göz açması eyni vaxtlara təsadüf edib. Bu uşaqlar Məmmədovun qurduğu futbol sisteminin məzunlarıdır. Sabiq baş katib nə əkibsə, İlham Yadullayev də onu biçmək məcburiyyətindədir.

 

Amma heç görün Elxan Məmmədovun vecinədirmi… Tanınmış həmkarımız İlkin Fikrətoğlunun sözü olmasın, Azərbaycan futbolunu pis günə qoy, sonra da heç nə olmamış kimi get otur Parisdə!

 

Mənbə: Sportal.az

Tacxeber.com

Oxşar xəbərlər