Ermənistan Putinin yox, Zelenskinin təhlükəsizliyinə təminat verir – Erməni ekspert
“Ermənistanda üstünlük təşkil edən anti-Rusiya tezisi təkcə dağıdıcı deyil, həm də ölkə üçün böyük təhlükə yaradır. Çünki biz istəsək də, istəməsək də, Rusiya bugünkü reallıqda mühüm rol oynayır”.
Tacxeber.com xəbər verir ki, bunu Ermənistan mətbuatına müsahibəsində beynəlxalq siyasi məsləhətləşmələr üzrə ekspert Ara Manuçaryan deyib.
“İndiki böhranlar arasında ən böyük böhran inamsızlıq böhranıdır və bu böyük problemdir, heç kim heç kimə inanmır. İndi Ermənistan hakimiyyəti Rusiyanı günahlandırır, sabah Fransanı günahlandıra bilər.
Bundan sonra nə olacaq, kimi günahlandıracaqlar? Bilirsiniz, uğuru daim bir istiqamətdə hərəkət edən siyasi qüvvə əldə edir və Ermənistan hakimiyyətinin ziqzaq addımları həm daxildə, həm də xaricdə inam və hörməti gücləndirmir.