Ermənistan itkin düşən hərbçimizə cinayət işi açdı
Ermənistan Milli Təhlükəsizlik Xidməti əlverişsiz hava şəraitində istiqaməti itirərək azan Azərbaycan hərbçisi barədə məlumat yayıb.
Tacxeber.com xəbər verir ki, qurum hərbçimizin saxlanıldığını bilirib.
Açıqlamada deyilir ki, fevralın 28-də saat 05:15 radələrində Azərbaycan-Ermənistan şərti sərhədinin Sünik vilayətinin Teğ kəndi istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi təmas xəttini keçib.
Hərbçimizin Ermənistan ordusunun əsgərləri tərəfindən saxlanıldığı bildirilir. Hadisə ilə bağlı cinayət işi açılıb.