Bayden və Tramp Miçiqan praymerizində qalib gəldilər
“ABŞ prezidenti Co Bayden, gözlənildiyi kimi, Miçiqanda Demokratlar Partiyasının praymerizində böyük qələbə qazanıb”.
Bu barədə “The Washington Post” bildirib.
Qəzet yazır ki, bülletenlərin 99 faizi emal edildikdən sonra hazırkı dövlət başçısı səslərin 81,1 faizini toplayıb.
Siyasətçi və iş adamı Din Fillipsin nəticəsi 3,0 faiz, yazıçı Marianna Uilyamsonun nəticəsi 2,7 faiz olub. Eyni zamanda, 100 mindən çox seçici – səs verənlərin 13,3 faizi – praymerizdə “qərarsızam” variantını seçib. Müşahidəçilər bunu Baydenin HƏMAS terror qruplaşmasına qarşı hərbi əməliyyatlarda İsraili dəstəkləməsinə etiraz kimi şərh edirlər. Qəzet yazır ki, bu, Baydenin sıravi demokratlar arasında potensial zəifliyinə işarədir.
Həmin gün ABŞ-ın keçmiş prezidenti Donald Tramp da Miçiqan ştatında Respublikaçıların praymerizində qalib gəlib. Səslərin 99 faizinin hesablanmasından sonra o,i 68,2 faiz, yeganə rəqibi Nikki Heyli isə 26,5 faiz səs toplayıb. “Qərarsızam” variantını respublikaçı seçicilərin 3,0 faizi seçib.
Miçiqan ABŞ-da “tərəddüd edən” 13 ştatdan biridir. Bu ştatlarda konkret olaraq, demokratlar və ya respublikaçıları dəstəkləməyin tarixi ənənəsi yoxdur, hər iki partiya üçün təxminən bərabər populyarlıq səviyyəsi var. Belə ştatlarda səsvermənin nəticələri keçmişdə seçkilərdə həlledici rol oynayıb. (Bakupost)