Ukrayna hakimiyyəti Rusiyanı daxildən çökdürəcək
Ukrayna hakimiyyəti nəinki 1991-ci il sərhədləri daxilində ərazi bütövlüyünü bərpa etməyə, həm də Rusiya Federasiyasını daxildən çökdürməyə çalışır.
Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov NV-yə açıqlamasında deyib.
Budanovun sözlərinə görə, Kiyev öz planlarını həyata keçirmək üçün “hərbi, diplomatik və kəşfiyyat səyləri göstərəcək” və bu prosesə “ideya, silah və diplomatiya ilə” mümkün qədər töhfə verəcək.