Azan əsgərimiz İrəvanda həbs edildi – Bunda ittiham edilir
Ötən gün Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək Ermənistan tərəfə keçən Ruslan Pənahov Ermənistanda həbs edilib.
Tacxeber.com xəbər verir ki, ona qarşı Ermənistan Cinayət Məcəlləsinin 44-155-ci maddəsinin 2-ci hissəsinin 7 və 15-ci bəndləri, 335-ci maddəsinin 1-ci hissəsi, 340-cı maddənin 1-ci hissəsi, 44-425-ci maddəsinin 1-ci hissəsi və 469-cu maddəsinin 1-ci hissəsi ilə ittiham irəli sürülüb.