• 24 Noyabr 2024 13:37

Azərbaycanda daha bir universitet BAĞLANIR

 

 

Naxçıvan Universitetinin fəaliyyətinin dayandırılması ilə bağlı müraciət olub.

 

Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.

 

Nazir vurğulayıb ki, universitetin bağlanması təsisçinin qərarıdır. Aşağı kurslarda təhsil alan tələbələr isə başqa universitetlərə köçürüləcək.

 

“Yəni tələbənin balı yüksəkdirsə, digər ali təhsil müəssisələri onun qəbul olduğu ildəki qəbul balına görə transfer edə bilər. Aşağı nəticəli tələbələr isə yaşayış yerinə yaxın universitetlərə köçürüləcək”, – o qeyd edib.

 

Qeyd edək ki, Naxçıvan Universiteti 1994-cü ildən 1999-cu ilə kimi Naxçıvan bazası kimi fəaliyyət göstərib. Ədliyyə Nazirliyi 05 iyul 1999-cu il tarixli 33 saylı şəhadətnamə ilə müəssisəni Naxçıvan Özəl Universiteti adı ilə dövlət qeydiyyatına alıb. Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağıdır.

 

Tacxeber.com

Oxşar xəbərlər