• 25 Noyabr 2024 01:38

Kriptovalyuta bazarında SON DURUM – “Bitcoin” niyə kəskin bahalaşdı?

Son məlumata görə, kriptovalyuta birjalarında ticarət olunan rəqəmsal aktivlərin ümumi bazar kapitalizasiyası 2.3 trilyon dollar səviyyəsində olub.

 

Tacxeber.com beynəlxalq “CoinMarketCap.com” birjasına istinadən xəbər verir ki, bu gün səhər saatlarında bir “Bitcoin”in qiyməti 63.072 dollara təklif edilib.

 

Bazar kapitalizasiyası isə 1.2 milyard dollarla ümumi bazar kapitalizasiyasının 53.1%-ni təşkil edib.

 

Hazırda 1 “Bitcoin”in satış dəyəri 62.340 dollardan xeyli yüksəkdir və yüksəliş tendensiyası hələ də davam edir.

 

Bəs bu yüksəlişin əsas səbəbləri nədir?

 

Əsas səbəb kimi, “Spot Bitcoin ETF” bazarında baş verən bəzi dəyişikliklər göstərilir. Digəri isə odur ki, ABŞ-ın Spot Bitkoin mübadiləsi fondlarının ümumi gündəlik gəlir daxilolmaları 676,8 milyon dollar təşkil edib ki, bu da ekosistem üçün bütün zamanların ən yüksək səviyyəsidir.

 

Fevralın 28-də “Spot Bitcoin ETF” fondları təxminən 680 milyon dollar dəyərində investisiyaya sahib olub.

 

Qeyd edək ki, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası tərəfindən təsdiqlənmiş 10 ETF fondunda gündəlik giriş həcmləri aşağıdakı qaydadadır:

 

– “iShares Bitcoin Trust” – 612,1 milyon dollar;

 

– “Fidelity Wise Origin Bitcoin” Fondu – 245,2 milyon dollar;

 

– “Bitwise Bitcoin ETF” – 9,9 milyon dollar;

 

– “ARK 21 Bitcoin ETF” – 23,8 milyon dollar.

 

“WisdomTree Bitcoin ETF” gəlirləri isə bunların hamısına, o cümlədən 2,2 milyon dollara aid edilir. Bununla belə, Grayscale Bitcoin Trust birjasında 216,4 milyon dollarlıq çıxış qeydə alınıb. Ancaq ümumi daxilolma 893,2 milyon dollardan 676,8 milyon dollara qədər azalıb.

 

Bildirək ki, fevralın 12-dən etibarən ABŞ-da satışa çıxarılan “Spot Bitcoin ETF” bazarının həcmində 7 milyard 406,9 milyon dollarlıq daxilolma qeydə alıb.
“Blomberg”in tanınmış ETF analitiki Erik Balhunas yeni ETF birjaları üçün diqqəti cəlb edən son rəqəmləri açıqlayıb. Onun dediyinə görə, birjaların ümumi gəlir həcmi 6 milyard dollarlıq rekordu yeniləyib. Onun sözlərinə görə, bu da 100 faizlik bir göstəricidir.

 

Hazırda dünya birjalarına liderlik edən “BlackRock”un bir günlük əməliyyat həcmi 3.3 milyard dollarlıq həddi keçib.

Tacxeber.com

Oxşar xəbərlər