• 24 Noyabr 2024 18:46

Naxçıvan Universiteti niyə bağlanır? O da Vasif Talıbovun badına gedir? 

Təhsil naziri Emin Əmrullayev Naxçıvan Universitetinin fəaliyyətinin dayandıracağının anonsunu verib. Nazir vurğulayıb ki, universitetin bağlanması təsisçinin qərarıdır. 

 

Universitetin qapanacağı halda aşağı kurslarda təhsil alan tələbələr başqa universitetlərə köçürüləcək.

 

1999-cu ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınnış özəl Naxçıvan Universitetinin bağlanmasına səbəb nədir?

 

Əslən Naxçıvandan olan müstəqil jurnalist Çingiz Özgür Yenisabah.az-a açıqlamasında sözügedən ali təhsil müəssisənin olduqca geniş imkanlara malik olduğunu bildirib.

 

“Naxçıvan” Univeristeti 1999-cü ildə fəaliyyətə başlamışdı. Bu universitetin təsisçisi İsmayıl Əliyev idi. O həm də Naxçıvan Dövlət Universitetinin müəllimi idi. Sonralar Vasif Talıbov bu universiteti İsmayıl Əliyevin əlindən aldı. Naxçıvan Universiteti Seymur Talıbovun mülkiyyəti oldu. Bu universitetin infrastrukturu olduqca yaxşı idi. O, yataqxanası, korpus binası və şəraiti müasir standartlarla təşkil olunmuşdu. Hətta keçən il Naxçıvanın kitab sərgisi bu universitetin binasında keçirilmişdi”.

 

Çingiz Özgür qeyd edib ki, Vasif Talıbov Ali Məclisin sədri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra universitetə nəzarət də onun əlindən çıxmışdı:

 

“Univeristet təhsil və tədris baxımından olduqca yüksək nüfuza malik idi. Təkcə Naxçıvandan yox, Azərbaycanın bir çox bölgələrindən də bu universitetə oxumağa gəlirdilər. Açığı universitetin nə üçün bağlandığını və tələbələrinin aqibətinin necə olacağı ilə bağlı dəqiq məlumatım yoxdur. Vasif Talıbov bağlanmada əsas amil ola bilməz. Çünki artıq hüquqi, istərsə də faktiki olaraq nüfuzu bitmişdi. Buna görə də universitetin bağlanmasında onun rolunun olduğunu düşünmürəm”.

Tacxeber.com

Oxşar xəbərlər