Bu gün Aleksey Navalnı dəfn ediləcək – Video
Bu gün Rusiyanın Sankt Peterburq şəhəri kilsələrinin birində həbsdə ölən Rusiya müxalifətinin lideri Aleksey Navalnı ilə vida mərasimi keçirilir.
Hər hansı bir kütləvi aksiyaların olacağından ehtiyyatlanaraq bu gün Peterburq polisi xüsusi rejimdə çalışır.
Tacxeber.com Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Peterburq təhlükəsizlik qüvvələri insanların Navalni ilə vidalaşmağa getmələrini xüsusi nəzarətdə saxlayırlar.
Sankt-Peterburqdakı məktəblərdən birinin əməkdaşı deyib ki, təhsil müəssisəsinin rəhbərliyi müəllimlərdən Navalnının dəfn günü şagirdlərin davamiyyətini “xüsusi nəzarətdə saxlamağı” və dərsdən yayınanların siyahılarını göndərməyi xahiş edib.
Bu kimi bir çox nəzarətedici tədbirlərin görülməsinə baxmayaraq insanlar Navalnının cənazəsi olan kilsəyə axın edirlər.
Həmin kilsənin ətrafı təhlükəsizlik qüvvələri tərəfindən ciddi nəzarət edilir.