• 24 Noyabr 2024 10:36

Əgər internetdən nəsə alıb satırsınızsa, bu yazını mütləq oxuyun!

“Ola bilsin ki, internetdə nəyisə satmaq istəyirsiniz və müvafiq elan yerləşdirmisiniz. Rusiyadan vəya naməlum nömrədən sizə bir zəng gələ bilər ki, “əşyanı bəyəndik və almaq istəyirik, mən kartınıza köçürmə edəcəyəm, qohumum üçün alıram, o gəlib özü götürəcək, zəhmət olmasa, kart nömrənizi verin”. Əlavə edir ki, “xaricdən pul köçürdüyüm üçün şəxsiyyət vəsiqəsinin şəklini də mənə atın”. Başqa bəhanə də deyə bilər, amma əsas aldatma mexanizmi belə işləyir”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri hüquqşünas Fərhad Mehdiyev deyib. O bildirib ki, dələduzlar bu üsulla rahatlıqla bank kartınızdakı pulları oğurlayırlar:

 

“Siz ona 4169 ilə başlayan kart nömrənizi göndərirsiniz, o da həmin anda “Birbank” proqramını öz telefonuna yükləyir. Sonra sizin fin kodunuzu, telefon nömrənizi, bank kart nömrəsini filan daxil edir və qurulmanı tamamlamaq üçün “kodu göndər” düyməsinə basır. Dərhal da sizinlə əlaqə saxlayır ki, sizə bir kod gələcək, köçürməni tamamlamaq üçün zəhmət olmasa, o kodu mənə deyin. Bununla da sizin bank hesabınız onun əlinə keçir. Dərhal  hesabdan pulları köçürür. Olan oldu, sonra da siz ümidsiz şəkildə polisə və banka getməli olursunuz”.

 

Əslində, “chargeback” funskiyası sizi vəziyyətdən – gec də olsa – və 100% deyil – xilas edə bilər, amma çalışın, bu vəziyyətə düşməyin. Azərbaycan nömrəsi olmayan və həmin nömrə ilə danışmadığınız (votsap zəngi olmasın) alıcı/satıcıdan nəsə almayın, satmayın”, – deyə o söyləyib.

Tacxeber.com

Oxşar xəbərlər