Uşaqlar arasında yayılan virus: Qızılca ilə oxşardır, amma… – Valideynlərə XƏBƏRDARLIQ
Son zamanlar uşaqlar arasında Koksaki virusuna yoluxma halları müşahidə edilir. Virusun əlamətləri daha çox suçiçəyi ilə oxşar olduğundan müalicəsi bəzən səhv aparılır. Bu isə ağır fəsadlara səbəb olur.
Bəs bu virusa yoluxanlar necə müalicə olunmalıdır?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan həkim-professor Adil Qeybulla bildirib ki, son vaxtlar virusa yoluxmalar xeyli artıb:
“Ümumiyyətlə, son vaxtlar yuxarı tənəffüs yollarından keçən virus xəstəliklərinə yoluxmalar xeyli artıb. Uşaqlar arasında isə Qızılca, Koksaki, Skarlatina və göy öskürək olduqca geniş yayılıb. Koksaki virusu bəzən həkimlər tərəfindən vaxtında defernsasiya edilə bilmir. Ona görə də valideynlərə uşaqlarına bununla bağlı özbaşına diaqnoz qoymaq və hansısa tədbir görmək qətiyyən məsləhət görülmür. Məsləhət odur ki, birinci növbədə uşaqlar bu hala düşdükdə dərhal yataq rejiminə keçirilməlidir. Onlara bol maye verilməli və daha sonra həkim çağırılmalıdır. Həkim yalnız xəstəliyi və onun dinamikasını izləyərək diaqnoz qoyur və sonrakı tədbirləri həyata keçirir”.
Professor Koksaki virusunun müalicə yolları ilə bağlı məlumat verib: