• 21 Sentyabr 2024 18:58

Rusiya ABŞ-a məlumat verdi: Qitələrarası raket buraxır

 

 

Rusiya hakimiyyəti ABŞ-ı təlim və döyüş məqsədləri üçün Plesetsk kosmik stansiyasından “Yars” qitələrarası ballistik raketinin buraxılması barədə əvvəlcədən xəbərdar edib.

 

Bu barədə TASS-a Pentaqondan bildirilib.

 

“Rusiya Nüvə Riskinin Azaldılması Mərkəzi vasitəsilə ABŞ-ı raket buraxılışı ilə bağlı xəbərdar edib. Biz vəziyyəti izləməyə davam edəcəyik”, – ABŞ hərbi departamentindən qeyd edilib. (Axar)

 

Tacxeber.com

Oxşar xəbərlər