• 24 Noyabr 2024 17:43

Xristo Qrozev: “Navalnı sonuncu olmayacaq”

“Mən proqnoz vermək istəmirəm, amma həqiqətən qorxuram ki, Putinin motivi Qərbə artıq qırmızı xətlərin olmadığını sübut etmək və bununla da onları Ukrayna ilə bağlı öz şərtləri ilə danışıqlar aparmağa məcbur etmək üçün bu qətl olub”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri “Bellingcat”ın araşdırmaçı jurnalisti Xristo Qrozev Mixail Zigar ilə yeni müsahibəsində deyib. O vurğulayıb ki, Navalnının ölümü sonuncu hadisə olmayacaq: “Mənə elə gəlir ki, indi biz dəhşətli dramlar silsiləsi olacaq bir dövrə qədəm qoyacağıq. Putin Qərbə siqnal verəcək ki, siz danışıqlara hazır deyilsinizsə, daha da pis olacaq”.

 

Jurnalist həmçinin bir ay ərzində Aleksey Navalnının ölüm şəraiti barədə danışacağına söz verib. “Yarımçıq məlumatlara əsaslanaraq nəticə çıxarmaq mümkün deyil, amma mən inanıram ki, bu, mütləq qətl Noviçok ssenarisinə oxşayır”.

Tacxeber.com

Oxşar xəbərlər