• 25 Noyabr 2024 14:45

2005-ci il 2 mart tarixində Azərbaycanda jurnalist Elmar Hüseynov qətlə yetirildi.

 

 

“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun öz evinin girəcəyində yeddi güllə ilə qətlə yetirilməsindən 19 il ötür. 

 

Hüseynovun rəhbərlik etdiyi jurnal təzyiq altında çalışırdı. 1996-cı ildə “Monitor” jurnalında “Azərbaycanlılar 21 əsrin milləti” məqaləsi dərc edilmişdi, məhkəmənin jurnalı 16 milyon manat cərimələməsindən sonra jurnal iflas etdi.

 

E.Hüseynov 2000-ci ildə fəaliyyətini bərpa edə bildi, “Monitor Uikli” adı ilə. Mayda fəaliyyətini dayandırmalı oldu. “Heydər Əliyev – mif və reallıq” məqaləsinin yayılmasından sonra jurnalın ofisi, “Bakı Printinq press” mətbəəsi və “Bakinskiy bulvar” qəzeti vergi pozuntuları əsası ilə möhürləndi. Jurnala qarşı məhkəmə davaları başladı. Nəticədə məhkəmə jurnalın lisenziyasını ləğv etdi.

 

Bakı İcra başçısı Hacıbala Abutalıbov da E.Hüseynovu məhkəməyə vermişdi. Nizami məhkəməsi Hacıbala Abutalıbovun xüsusi ittiham qaydasında şikayətini təmin etdi, E.Hüseynov 6 ay müddətinə azadlıqdan məhrum edildi. Jurnalist həbsini sonadək çəkmədi, mərhum prezident Heydər Əliyev 1 ay sonra onu əfv etdi.

 

“Monitor” növbəti dəfə nəşrini 2002-ci ildə bərpa etdi, Hüseynovun ölümünədək çap olundu. Jurnalı həmin vaxt Naxçıvanın Bakıdakı təmsilçisi Həsən Zeynalov, deputatlar Siyavuş Novruzov, Zəlimxan Yaqub məhkəməyə vermişdi. Jurnal 100 min manatdan artıq cərimələnmişdi.

 

Ardınca, mart ayında jurnalistə mənizilinin qapısında 7 güllə vuruldu.

 

Qətlin ilkin araşdırmasında türk istintaqçıları da iştirak edirdilər. O zaman Türkiyənin təhlükəsizlik xidmətinin rəisi Ramazan Ər Ankarada keçirilən mətbuat konfransında qətllə bağlı DİN podpolkovniki Hacı Məmmədovun adını çəkmişdi. Bundan sonra qətlin nəticəsiz istintaqını yerli hüquq-mühafizə qurumları apardılar…

Allah rəhmət eləsin.

 

Müəllif Xalid Ağəli

Tacxeber.com

Oxşar xəbərlər