Çexiya XİN rəhbərinin təyyarəsi bu səbəbə görə Hindistanı tərk edə bilmədi
Yaponiyadan Praqaya qayıdan Çexiyanın xarici işlər naziri Yan Lipavskinin rəhbərlik etdiyi nümayəndə heyəti təyyarədə yaranan texniki nasazlıq səbəbindən Hindistanın Mumbay şəhərinin hava limanına enməyə məcbur olub.
Tacxeber.com xəbər verir ki, bu barədə Çexiya XİN məlumat yayıb.
Lipavski bundan əvvəl Asiya-Sakit okean regionunun bir sıra ölkələrinə işgüzar səfər edib.