Almaniya səfiri təcili Rusiya XİN-ə çağrıldı
Almaniyanın Moskvadakı səfiri Aleksandr Lambsdorf martın 4-də Krım körpüsünə hücumlarla bağlı alman zabitlər arasında söhbətlə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Tacxeber.com xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.
“Lambsdorf bu gün Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb”, – mənbə bildirib.
Qeyd edək ki, rusiyalı təbliğatçı Marqarita Simonyanın yaydığı səs yazısında Hərbi Hava Qüvvələrinin zabitlərinin müdafiə naziri Boris Pistorius üçün Ukraynada “Taurus” raketlərindən istifadənin mümkünlüyü barədə hesabat hazırladıqları əks olunub. Zabitlər açıq şəkildə Ukraynada Amerika və Böyük Britaniya hərbçilərinin olması, eləcə də Krım körpüsünə hücum məqsədilə Almaniyada Ukrayna hərbçilərinə “Taurus” raketlərindən istifadə etmək üçün təlim keçmək imkanlarından danışırlar.