Bayden: Seçkilərdə Trampı yenə məğlub edəcəyəm, amma o bunu etiraf etməyəcək
Prezident Co Bayden keçmiş prezident Donald Trampın yenidən məğlub olacağı təqdirdə 2024-cü il seçkilərinin nəticələrinə etiraz edəcəyinə inandığını deyib.
APA xəbər verir ki, bu barədə Prezident Bayden “New Yorker”ə müsahibəsində bildirib.
Trampın noyabrda uduzarsa, bunu etiraf edib-etməyəcəyi ilə bağlı suala Bayden belə cavab verib: “O, sadəcə qalib gəlmək üçün hər şeyi edəcəyini düşünür”.
“İnanıram ki, o, (Tramp) qalib gəlmək üçün hər şeyi edəcək. Mən qalib gəlsəm, o, nəticəyə etiraz edəcək. Onu məğlub edəcək yeganə şəxs mənəm və mən onu yenə məğlub edəcəyəm”, – Bayden qeyd edib.