Tramp miqrantları təhqir etdi: “Manyakdırlar, qəribə dillərdə danışırlar”
ABŞ-nin keçmiş prezidenti Donald Tramp qeyri-qanuni miqrantları “Quzuların susması” filmindəki adamyeyən və qatil Hannibal Lekterlə müqayisə edib.
Tacxeber.com xəbər verir ki, o, bu fikirləri “Right Side Broadcasting Network” media şirkətinə müsahibəsində deyib.
O, miqrantları “həbsxanalardan, ruhi xəstəxanalardan və dəlixanalardan gələn zorakı insanlar” adlandırıb:
“Bilirsiniz, dəlixanalar “Quzuların səssizliyi” filmindəki kimidir. Hannibal Lekteri tanıyan varmı?”, – deyə eks-prezident auditoriyaya müraciət edib.
Tramp deyib ki, bəzi miqrantlar sanki Mars planetindən gələn yadplanetlilər kimi anlaşılmaz dillərdə danışırlar.