Amerikada “fast food” insanların boyunun qısalmasına səbəb olub
Kalorisi çox olan, lakin dadsız qidalar…
ABŞ-da Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin verdiyi məlumata görə, 2000-ci ildən bəri Amerikada qadınların boyu yarım düym (təxminən 1,27 sm), kişilərin isə düymün onda biri qədər (təxminən 0,25 sm) qısalıb. Ən uzun boylu kişilərin polis məmurları və siyasətçilər, qadınlar arasında isə rəssam və menecerlərin olduğu ortaya çıxıb.
Tacxeber.com bildirir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Sorğuda 2000-ci ildən sonra dünyaya gəlmiş 87 500 insan iştirak edib. Məlum olub ki, 2000-ci ildən bəri ABŞ-ın qadın əhalisi yarım düym (təxminən 1,27 sm), kişi əhalisi isə düymün onda biri qədər (təxminən 0,25 sm) qısalıb. Bu, çox güman ki, 1980-ci ildən başlayaraq “fast food”ların populyarlaşması ilə bağlıdır. Çünki Amerikada qidalanma daha çox kalorili, lakin çox dadsız hala gəlib.
Həmçinin məlum olub ki, ən uzun boylu kişilər polis və yanğınsöndürmə xidmətinin əməkdaşlarıdır. Onların orta boyu təxminən 179 santimetrdir. Siyasətçilər və satış menecerləri də eyni artımı göstəriblər. Fermerlər sorğuda iştirak edənlər arasında ən aşağı orta boylu olublar (təxminən 175 santimetr).