• 24 Noyabr 2024 14:54

“Saakaşvilinin Gürcüstan siyətində iştirak etmək hüququ yoxdur” – Ədliyyə naziri

“Ukrayna vətəndaşı olduğu üçün Mixail Saakaşvilinin Gürcüstandakı siyasi proseslərdə iştirak etmək hüququ yoxdur”.

 

Tacxeber.com xəbər verir ki, bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze deyib.

 

“Hazırda məhkumluq həyatı yaşayan Saakaşvili Ukrayna vətəndaşıdır, Gürcüstan vətəndaşı deyil. Ona görə də o, Gürcüstan siyasətində iştirak edə bilməyəcək. O, gürcü siyasətçisi deyil”, – deyə Breqadze bildirib.

 

Qeyd edək ki, Saakaşvilinin yaratdığı Vahid Milli Hərəkat Partiyası Gürcüstanda siyasətçinin əfv olunması üçün imza toplayır. O bildirib ki, oktyabrın 26-da keçiriləcək parlament seçkiləri öncəsi Vahid Milli Hərəkatın seçki kampaniyasına qoşulmaq qərarına gəlib. Milli Hərəkat artıq bu qərarı dəstəkləyib.

Tacxeber.com

Oxşar xəbərlər