• 24 Noyabr 2024 12:49

Kanadada içində 550 sərnişin olan təyyarəni ildırım vurdu – Video

Kanadanın Vankuver Beynəlxalq Hava Limanından havaya qalxdıqdan qısa müddət sonra təyyarəni ildırım vurub.

 

Tacxeber.com xəbər verir ki, hadisə ilə bağlı videonu “CityNews” telekanalı yayıb.

Hadisə ötən həftəsonu baş verib və videonun müəllifi onu bazar günü, martın 3-də, yerli vaxtla saat 19:30 radələrində lentə aldığını bildirib.

Videoda Londonun “Hitrou” hava limanına uçan “Air Canada” reysi əks olunub. Təyyarə uçuş-enmə zolağından qalxır, bundan sonra səma parlaq işığa bürünür və təyyarəni ildırım vurur.

Hadisə zamanı “Boeing 777-300” təyyarəsində 550 sərnişinin olduğu bildirilib. Pilotun sözlərinə görə, təyyarədə mövcud olan xüsusi ildırımötürmə sistemi sayəsində faciənin qarşısı alınıb. Videodan göründüyü kimi, təyyatə öz trayektoriyası üzrə uçuşunu davam etdirib.

Qeyd edək ki, bu ilin fevral ayında da “United Express” sərnişin təyyarəsini ABŞ üzərində uçarkən ildırım vurub. Təyyarədə olan sərnişinlər xəsarət almasalar da, enişdən sonra təyyarənin zədələndiyi aşkarlanıb.

ABŞ Milli Hava Xidmətinin məlumatına görə, sərnişin təyyarələrini ildə orta hesabla bir və ya iki dəfə ildırım vurur.

Tacxeber.com

Oxşar xəbərlər