“Apple” milyonlarla təzminat ödəyəcək
“Apple” Kanadalı “iPhone” istifadəçilərinə 14,4 milyon dollar ödəməyə razılaşıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə CBC News məlumat yayıb.
Bildirilib ki, ABŞ korporasiyası şirkəti “iPhone”nun sürətini azaltmaqda günahlandıran Kanada sakinləri ilə mübahisəli məsələni həll edib.
Belə ki, “Apple” uzun müddətdir ki, batareyaları köhnəlmiş smartfonların məhsuldarlığını aşağı salıb.
Razılaşma müqaviləsinə əsasən, hər bir iddiaçı 17,50-dən 150 Kanada dollarına qədər təzminat alacaq.
Ödəniş məbləği şəraitdən asılı olaraq müəyyən ediləcək.