III Respublika Platformasının spikeri barəsində cinayət işi açıldı.
III Respublika Platformasının spikeri Akif Qurbanov şübhəli şəxs qismində saxlanılıb.
Bu barədə onun vəkili Şəhla Hümbətova KİV-ə açıqlamasında bildirib.
Vəkil bildirib ki, Qurbanova qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb:
“Akif Qurbanovun dediyinə görə, öz evindən şəxsi sənədlər, III Respublika Platformasının ofisindən isə güya 30 min avro götürülüb. O, bildirib ki, ofisdə o pul olmayıb. Pul n nə ona, nə də təşkilata aid deyil”.