8 mart gəldi: Müəllimlərə hədiyyə alaq, almayaq?
Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.
Bəs bu borcu müəllimlərə necə ödəməliyik?
Bir çox adam xüsusi günlərdə, bayramlarda bu peşə sahiblərinə pul verir, ya da müxtəlif hədiyyələr bağışlayır. Maraqlıdır, müəllimin çəkdiyi əziyyətin, yaxud yetişdirib cəmiyyətə təqdim etdiyi şəxsiyyətlərin maddi qarşılığı var? Müqəddəs peşənin sahibləri olan müəllimlərimizə nə hədiyyə edilməlidir?
Mövzu ilə bağlı danışan təhsil eksperti Məzahir Məmmədli “Yeni Sabah”a öz fikirlərini belə ifadə edib:
“Hədiyyə almaq elə bir məsələdir ki, bununla bağlı heç kimi nəyəsə məcbur etmək olmaz. Yəni, həmin mövzu qanunla, hökmlə idarə olunmur. Kiminsə müəllimə gül bağışlaması, ya da ürəkdən gələn sözlərlə təbrik etməsi normaldır. Ancaq bir də var ki, məktəblərdə valideynlər şəbəkə halında birləşib, hədiyyə və pul məsələsini təşkil etmək qərarına gəlirlər. Buna tamamilə qarşıyam. Məktəb elə bir yerdir ki, bu hislər özünü ən ülvi şəkildə büruzə verməlidir. Yoxsa, valideynlərin təşəbbüsü, məktəb direktorlarının yaxud müəllimlərin müəyyən məbləği valideynlərə şərt qoyması birmənalı olaraq yolverilməzdir. Təəsüflər olsun ki, belə hallar Azərbaycan mühitində var. Hər il bayram ərəfəsində bu kimi məsələlərdən əziyyət çəkirik, çünki problemi sağlam müstəviyə keçirə bilməmişik. Bu məsələdə səmimi hislərini ifadə etmək istəyən şagirdlər də əziyyət çəkirlər. “Mafioz” müəllimlərin güdazına digərləri qurban gedir.
Bu yaxınlarda sosial şəbəkədə rəsmi möhürlə öz mövqeyini ifadə edən məktəb direktorlarını da görmüşəm. Ürəkağrıdan məsələdir. Çünki elə bir duruma düşmüşük ki, direktor öz mövqeyini belə ifadə etmək məcburiyyətində qalır. Müəllimə qanunvericilikdə bu məsələnin etik olmadığını bildirmək ağır mövzudur”.
Ekspert müəllim üçün ən böyük hədiyyənin nə olduğunu da bildirib: