• 25 Noyabr 2024 05:41

Universitet üçün ayrılan torpağı Mehdiyevlə Şeyx “yedi”

Bir müddət öncə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Abşeron rayonu ərazisində İlahiyyat Universiteti üçün yeni inzibati bina və kampus-kompleksi tikilməsi üçün müraciət edib.

 

Tacxeber.com Unikal-a istinadən xəbər verir ki, məhz bu məqsəd üçün Xırdalan şəhəri ərazisində, Ceyranbatan su anbarına panoraması olan 20 hektar torpaq sahəsi ayrılıb. Lakin sonradan universitetin tikintisi həyata keçirilməyib. Həmin ərazi şeyxlə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev arasında bölüşdürülüb.

 

Məlumata görə, ərazinin 10 hektarı şeyxin oğlu Məhəmməd Paşazadənin, digər 10 hektarı isə Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın adına sənədləşdirilib. Şeyxin oğlunun adına olan ərazidə “Blue City” yaşayış kompleksi tikilib və hazırda satış həyata keçirilir.

Tacxeber.com

Oxşar xəbərlər