• 24 Noyabr 2024 00:56

Bu gün Moskvada partlayışlar ola bilər – 3 ölkədən xəbərdarlıq

 

Bu gün Moskvada terror ola bilər – 3 ölkədən xəbərdarlıq. ABŞ-nin Moskvadakı səfirliyi öz vətəndaşlarına terror təhlükəsi barədə xəbərdarlıq edib.

 

Bu barədə səfirlik məlumat yayıb.

“Səfirlik ekstremistlərin Moskvadakı konsertlər də daxil olmaqla, böyük tədbirlərə hücum etməyi planlaşdırdığına dair xəbərləri izləyir. ABŞ vətəndaşlarına növbəti 48 saat ərzində böyük tədbirlərdə iştirakdan çəkinmələri tövsiyə olunur. İnsanların toplaşdığı yerlərdən çəkinin. Mətbuat yeniləmələrini yoxlayın. Ətrafınızdan xəbərdar olun”, – xəbərdarlıqda deyilir.

Onu da əlavə edək ki, oxşar xəbərdarlıqlar Almaniya və Böyük Britaniyanın Rusiyadakı səfirlikləri tərəfindən də edilib. (Unikal)

 

Tacxeber.com

Oxşar xəbərlər