• 25 Noyabr 2024 03:52

Daha bir jurnalist barəsində həbs qərarı verildiyi deyilir

Toplum TV-nin əməkdaşı, jurnalist Müşfiq Cabbar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildiyi bildirilir.


Tacxeber.com
 xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələr vasitəsilə məlumat yayıblar.
Qeyd olunur ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar çıxarıb.

Xatırladaq ki, martın 6-sı səhər saatlarında Toplum TV-nin və III Respublika Platformasının ofisində polis əməliyyat keçirib. Daxili İşlər Nazirliyi isə əməliyyatın daxil olan məlumat əsasında keçirildiyini bildirib.

Əməliyyatlarla Akif Qurbanov, həmçinin Toplum TV-nin əməkdaşları Fərid İsmayılov, Müşfiq Cabbar, Əli Zeynal, Ramil Babayev, Elmir Abbasov və İlkin Əmrahov saxlanılıb, onlara 206.3.2 (qaçaqmalçılıq qrup halında törədildikdə) ittihamı ilə cinayət işi açıldığı bildirilir.

Axtarış aparılan ofislərdən, eləcə də saxlanılan şəxslərdən bəzilərinin mənzillərindən müxtəlif məbləğlərdə xarici valyuta aşkarlandığı bildirilir.
Bir müddət əvvəl Akif Qurbanov, Ramil Babayev və İlkin Əmrahov barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Fərid İsmayılov və Elmir Abbasov barəsində isə ev dustaqlığı qərarı verildiyi bildirilir.

Qeyd edək ki, bu gün Toplum TV-nin təsisçisi, hüquq müdafiəçisi və media eksperti Ələsgər Məmmədli və III Respublika Patformasının təsisçilərindən Ruslan İzzətlinin də saxlanıldığı barədə məlumat yayılıb.

Tacxeber.com

Oxşar xəbərlər