• 22 Sentyabr 2024 18:26

“Ukraynaya qoşun göndərməyə hazır olan ölkələrin ittifaqı yaradılacaq” – “Politico”

Fransa Ukraynaya qoşun yeritməyə hazır olan Avropa ölkələrinin daxil olacağı ittifaqın yaradılması üçün hazırlıqlara başlayıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Politico” nəşr yazıb.

 

Məqalədə bildirilir ki, Fransa Ukraynaya potensial olaraq qoşunlarını göndərmək istəyən ölkələrin ittifaqını yaradır. Parisə Baltikyanı ölkələr dəstək verib. Belə ki, Nəşr Fransanın xarici işlər naziri Stefan Sejournetin Litvaya səfərini, orada Baltikyanı ölkələr və Ukraynadan olan həmkarları ilə görüşünü önə çəkir. Diplomatlar Kiyevə hərbi yardımı, o cümlədən Qərb qoşunlarının Ukraynaya potensial yerləşdirilməsini müzakirə ediblər.

 

Nəşr yazır ki, Polşa da öz ordusunu Ukraynaya göndərəcəyini istisna etmir. Ölkənin xarici işlər naziri Radoslav Sikorski belə bir təşəbbüsü yüksək qiymətləndirdiyini bildirib.

 

“NATO qüvvələrinin Ukraynada olması qeyri-adi bir şey deyil. Bu normal və ağılabatan fikirdir”, – deyə Sikorski əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər