• 24 Noyabr 2024 18:04

Rusiyaya qarşı II cəbhə açmaq riski ilə üz-üzəyik

Gürcüstan hələ də hərbi münaqişəyə cəlb olunmaq və Rusiyaya qarşı ikinci cəbhə açmaq riski ilə üz-üzədir.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Qaribaşvili deyib.

 

“Payızda keçiriləcək parlament seçkiləri ölkəmiz üçün çox önəmlidir. Biz sabitliyi, sülhü, iqtisadi inkişafı qoruyub saxlamışıq. Lakin Rusiyaya qarşı ikinci cəbhənin açılması, ölkənin təhlükəsizliyi və müharibəyə cəlb olunması ilə bağlı, ötən il olduğu kimi, mövcud risklərlə üz-üzəyik.

 

Mən seçicilərlə bu problemlərdən danışdım və onlara bildirdim ki, Gürcü Arzusunun qələbəsi sülhün, sabitliyin və inkişafın qorunması üçün yeganə alternativ həll yoludur”, – Qaribaşvili vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər